Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Şəkidə təlim-məşq toplanışındadır
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri qarşıdakı yarışlara hazırlığı davam etdirirlər.
Azərbaycan Stolüstü Tennis Federasiyasından Crossmedia.az-a verilən məlumata görə, bu məqsədlə növbəti təlim-məşq toplanışı təşkil olunub.
Şəki Olimpiya İdman Kompleksində keçirilən toplanışa müxtəlif bölgələrdən 16 istedadlı idmançı qatılıb.
Onlar bu gündən etibarən məşqçilər Qulu Quliyev, Rza Mirzəyev, Billurə Eminova və Gülnarə İbrahimovanın rəhbərliyi ilə fiziki, texniki və taktiki bacarıqlarını artırmağa çalışacaqlar. Hazırlıq prosesinə sentyabrın 1-də yekun vurulacaq.
17:46 25.08.2026
Oxunuş sayı: 45