CROSSMEDIA - Şimali Koreya ABŞ-a qarşı sərt cavab strategiyası elan edib
Xarici xəbərlər

Şimali Koreya ABŞ-a qarşı sərt cavab strategiyası elan edib

Koreya İşçi Partiyasının Mərkəzi Komitəsinin plenar iclasında “ABŞ-a qarşı son dərəcə sərt cavab strategiya” elan edilib.

Crossmedia.az “TASS”a istinadən xəbər verir ki, “ABŞ, Yaponiya və Cənubi Koreya arasında ittifaq aqressiv nüvə hərbi bloku kimi genişləndirilib. Cənubi Koreyanın ABŞ üçün anti-kommunist forpostuna çevrildiyi indiki reallıq bizim hansı istiqamətə getməli olduğumuzu aydın şəkildə göstərir. Nə etməli və bunu necə etmək lazımdır, artıq dəqiq bilirik”, – Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatında bildirilib.

İclasa sədrlik edən Şimali Koreya lideri Kim Çen In ölkənin müdafiə qabiliyyətinin artırılmasında əldə edilən mühüm nailiyyətləri vurğulayıb və partiyanın fəal xarici siyasət yürütmək planlarına diqqət çəkib.

Fidan Hacızadə

06:39 29.12.2024

Oxunuş sayı: 3071

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR