Hakan Fidan və Antoni Blinken telefon danışığı edib
Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı edib.
Crossmedia.az “HaberGlobal”a istinadla xəbər verir ki, Hakan Fidan telefon danışığı zamanı PKK/YPG terror təşkilatının Suriyaya sığınmasına icazə verilə bilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, o Suriyanın yeni rəhbərliyinin ölkənin ərazi bütövlüyü və təhlükəsizliyinin təmin edilməsi istiqamətindəki səylərini dəstəklədiklərini bildirib. Həmçinin, Qəzzada daimi atəşkəsin təmin edilməsi üçün daha çox səy göstərilməli olduğunu da bəyan edib.
Nəzrin Salmanova
18:14 28.12.2024
Oxunuş sayı: 23994