Baykar Piaggio Aerospace-ı alaraq beynəlxalq ambisiyalarını gücləndirir
Türkiyənin aerokosmik şirkəti Baykar, İtaliyanın aviasiya sənayesinin simvolu sayılan Piaggio Aerospace-ı satın aldı.
Crossmedia.az xəbər verir ki, İtaliya Müəssisələr Nazirliyi bu strateji sövdələşməni təsdiqləyib.
Baykar-ın baş direktoru Haluk Bayraktar bu barədə açıqlamasında deyib:
“Bu tarixi markanı gələcəyə daşımaqla yanaşı, istehsal gücümüzü daha da möhkəmləndiririk.”
Bu addım yalnız Baykar üçün böyük kommersiya nailiyyəti deyil, həm də Türkiyənin müdafiə sənayesində beynəlxalq nüfuzunu artırmaq məqsədinə xidmət edir.
Gültac Mehdizadə
16:48 28.12.2024
Oxunuş sayı: 3321