İlon Mask “Reform UK” partiyasını maliyyələşdirəcək
İlon Maskın Britaniyanın sağçı “Reform UK” partiyasını maliyyələşdirəcəyi barədə iddialar gündəmə gəlib.
Partiyanın lideri Naycel Faraj bildirib ki, o, yaxınlarda Donald Trampın malikanəsində İlon Mask ilə görüşüb. Farajın sözlərinə görə, milyarder partiyaya “qanuni çərçivələr daxilində məqbul miqdarda” ianə etməyə razılaşıb.
Crossmedia.az “The Times”-a istinadən xəbər verir ki, Mask partiyaya 100 milyon funt sterlinq ayırmağı planlaşdırır. Lakin Faraj bu məlumatı “cəfəngiyyat” adlandırıb və təkzib edib.
Qeyd edək ki, bu, İlon Maskın Avropadakı sağçı siyasi hərəkatlara dəstək göstərməsi ilə bağlı ilk xəbər deyil. O, daha əvvəl Almaniyada “Almaniya üçün Alternativ” (AFD) partiyasını dəstəkləyən açıqlamalar vermişdi. Ancaq həmin dəstək yalnız şifahi səviyyədə olub və maliyyə yardımı göstərilməyib.
Fidan Hacızadə
16:36 28.12.2024
Oxunuş sayı: 3176