UEFA Çempionlar Liqası: "Hapoel" - "Sabah" oyunu başlayıb
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Hapoel" (Beer-Şeva, İsrail) - "Sabah" oyunu başlayıb.
Crossmedia.az xəbər verir ki, matç Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionunda keçirilir.
Qarşılaşmanın baş hakimi italiyalı FIFA referisi Davide Massadır.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
23:04 19.08.2026
Oxunuş sayı: 61