CROSSMEDIA - Analitik İnformasiya Portalı

Xarici xəbərlər

04:00 03.06.2025

Trampın ad günü paradı 45 milyon dollara başa gələcək

514

ABŞ Prezidenti Donald Trampın 79 yaşını qeyd etmək üçün təşkil olunacaq hərbi paradın ümumi dəyərinin təxminən 45 milyon dollar olacağı, Vaşinqton küçələrində isə 16 milyon dollarlıq zərərə səbəb ola biləcəyi bildirilir. Crossmedia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, 14 iyun tarixində keçiriləcək parad həm də ABŞ ordusunun 250 illiyini qeyd etməyə hədəflənib. Rəsmilər, tədbirin yüksək maliyyə yükünə baxmayaraq həyata keçiriləcəyini bildiriblər. Bu məbləğə potensial yol və infrastruktur zərərləri də daxildir. Paradın təşkilatçıları, tədbirdə 28 M1A1 tankı, 28 Bradley döyüş maşını, 28 Stryker zirehli nəqliyyat vasitəsi və müxtəlif artilleriya qurğularının iştirak edəcəyini açıqlayıb. Ümumilikdə, təxminən 130 hərbi texnika nümayiş olunacaq. Bundan əlavə, 50-dən çox helikopter parad marşrutu üzərində uçuş edəcək, 7 min əsgər küçələrdə yürüş edəcək. Paradda ən azı səkkiz hərbi orkestr, otuz at və iki katır da iştirak edəcək. NBC News-un məlumatına görə, ABŞ Ordusu zərər çəkmiş yolların təmir xərclərini öz üzərinə götürəcəyini bildirib. Yol örtüyünün qorunması üçün döngə nöqtələrinə 6 metr uzunluğunda metal lövhələrin yerləşdiriləcəyi və bunun 3 milyon dollara başa gələcəyi qeyd olunub. Vaşinqton şəhərinin meri Müriel Bouser, tank və zirehli texnikanın yollara vuracağı zərərdən narahat olduğunu bildirib. Tramp isə ayın əvvəlində NBC News-a verdiyi açıqlamada, 90 dəqiqəlik bu möhtəşəm paradın “göz yaşardacaq qədər baha olsa da, dəyər” olduğunu deyib. Mədinə Cəlilova

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR