17 avqust üçün Tarot falı: Bürcləri nə gözləyir?
17 avqust 2026-cı il üçün Tarot kartlarına əsaslanan bürc proqnozu hazırlanıb. Bəzi bürclər üçün gün uğurlu imkanlar və sərfəli təkliflərlə yadda qala bilər, digərləri isə qərar verməli və müəyyən məyusluqlarla üzləşməli olacaqlar.
Crossmedia.az xəbər verir ki, Tarot yozumlarına görə, bazar ertəsi ümumilikdə hadisələrlə zəngin və emosional keçə bilər. Qoçlar gözlədikləri bir xəbəri ala, Əkizlər sərfəli təkliflə qarşılaşa, Balıqlar isə mühüm məsələdə nüfuzlu bir şəxsin dəstəyini əldə edə bilərlər.
Buğa üçün gözləmə və düşünmə, Xərçəng üçün müvəqqəti çətinliklər, Şir üçün hərəkətlilik və mühüm qərarlar ön plana çıxır. Qızlar üzərlərinə həddindən artıq yük götürməməli, Tərəzilər isə uzun müddətdir təxirə saldıqları seçimlə bağlı qərar verməlidirlər.
Əqrəblər uzunmüddətli planlara fokuslanacaq, Oxatanlar müəyyən məyusluq yaşaya bilərlər. Oğlaqlar məsuliyyəti üzərinə götürməli, Dolçalar qarşılarına çıxan çoxsaylı seçimlər arasında düzgün qərar verməli, Balıqlar isə praktik dəstək əldə edə bilərlər.
Qeyd edək ki, astrologiya, Tarot, numerologiya və digər oxşar praktikalar elmi metod kimi qəbul edilmir. Bu cür proqnozlar əyləncə xarakteri daşıyır və sağlamlıq, maliyyə və digər mühüm məsələlərlə bağlı qərarların verilməsi üçün etibarlı mənbə hesab olunmamalıdır.
20:48 16.08.2026
Oxunuş sayı: 71