"Neftçi SOCAR" Dünya Qadın Seriyasının "Sea Breeze" mərhələsində mübarizəni başa vurub
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının "Sea Breeze"də keçirilən mərhələsində mübarizəni başa vurub.
Crossmedia.az xəbər verir ki, paytaxt təmsilçisi 1/4 finalda İspaniyanın "Madrid" kollektivi ilə üz-üzə gəlib.
İspaniya təmsilçisi əlavə vaxtda 14:12 hesablı qələbə qazanıb.
Qeyd edək ki, komanda daha əvvəl B qrupunda İspaniyanın "Arrasate Ointxe" klubunu (12:10) və Çinin "Yanjinq" kollektivini (21:13) üstələmişdi.
19:30 16.08.2026
Oxunuş sayı: 49