“Sabah” – “Hapoel” matçının biletləri satışa çıxarılıb
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva, İsrail) qarşılaşmasının biletləri satışa çıxarılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib. Biletləri onlayn şəkildə “Iticket.az” saytı vasitəsilə, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, “Sabah” – “Hapoel” qarşılaşması avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
17:26 16.08.2026
Oxunuş sayı: 77