Abdullah Zubir “Qarabağ”dan ayrılıb
Abdullah Zubirin “Qarabağ”la yolları ayrılıb. 34 yaşlı futbolçunun Ağdam təmsilçisindəki çıxışı başa çatıb.
Crossmedia.az xəbər verir ki, “Apasport.az”ın məlumatına görə, klub Zubirlə müqaviləyə xitam verib. Futbolçu 2018-ci ildən “Qarabağ”ın formasını geyinirdi.
Zubir Ağdam klubunun heyətində 369 oyunda 79 qol vurub və 96 məhsuldar ötürmə edib.
17:03 16.08.2026
Oxunuş sayı: 56