Dmanisinin azərbaycanlı idmançıları Türkiyədə beynəlxalq yarışda uğur qazanıblar
Gürcüstanın Dmanisi rayonundan olan azərbaycanlı idmançılar Türkiyənin Qars şəhərində keçirilən beynəlxalq Kikboksinq K-1 turnirində uğurlu nəticə göstəriblər.
Crossmedia.az xəbər verir ki, əməkdar məşqçi Tuccar Əliyevin rəhbərlik etdiyi Dmanisi Kikboksinq K-1 klubunun 5 yetirməsi iştirak edib.
Peşəkar kəmər uğrunda mübarizə aparan idmançılardan 4-ü öz çəki dərəcəsində birinci yerə çıxaraq çempion olub. Yusif Nazarov 38, Xeyal Hüseynov 35, Xeyal Nəsibov 32, Cəsur Hümbətov isə 22 kiloqram çəki dərəcəsində qalib gəlib.
48 kiloqram çəki dərəcəsində mübarizə aparan Əli Hüseynov isə turnirdə ikinci yeri tutub.
Beləliklə, Dmanisi Kikboksinq K-1 klubunun yarışda iştirak edən bütün idmançıları medal qazanaraq Gürcüstanı beynəlxalq turnirdə uğurla təmsil ediblər. (Report)
22:40 14.08.2026
Oxunuş sayı: 41