"Qarabağ" "Tvente"ni keçsə, oyunçular bu qədər mükafat alacaq
"Qarabağ" prezidenti Tahir Gözəl klub Konfrans Liqasının əsas mərhələsinə yüksələrsə, oyunçulara pul mükafatı sözü verib.
Crossmedia.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, “Qarabağ” pley-offda “Tvente” səddini keçərsə, oyunçulara 1 milyon manat mükafat ayrılacaq.
18:49 14.08.2026
Oxunuş sayı: 46