Azərbaycan U-15 Avropa birinciliyində 11 ağırlıqqaldıranla çıxış edəcək
Azərbaycanın 11 gənc ağırlıqqaldıranı Avropa birinciliyində mübarizə aparacaq. Komandada 8 oğlan və 3 qız idmançı yer alıb. Yarış avqustun 20-dən 27-dək Kosovonun paytaxtı Priştinada keçiriləcək.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyasından verilən məlumata görə, U-15 Avropa birinciliyində Azərbaycanı Şəbnəm Həsənzadə, Nuray Əbilova, Hənifə Məhərrəmli, Məhəmməd Rüstəmli, İsa Hüseynov, Musab Məmmədtağıyev, Kamran Xappayev, Lətif Əliyev, Əbdulhüseyn Hüseynov, Fəxrəddin Allahverdiyev və Elcan Əliyev təmsil edəcəklər.
Komandanın heyətində baş məşqçi Sərdar Həsənov, böyük məşqçi Asif Məmmədov və məşqçi Əfqan Bayramov da yer alıb. Yarışda Azərbaycanı iki hakim – Kənan Mustafayev və Səbinə Rzayeva da təmsil edəcək.
17:27 14.08.2026
Oxunuş sayı: 44