"Tvente" – "Qarabağ" matçına ALBANİYALI HAKİM təyin edildi
Niderlandda "Tvente" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu albaniyalı hakim idarə edəcək.
Crossmedia.az-ın məlumatına görə, qarşılaşmanın baş hakimi Yucin Caya olacaq.
Ona həmyerliləri Rejdi Avdo və Mario Şazivari kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Emanuela Rusta yerinə yetirəcək.
VAR-da italyan Canluka Aureliano, AVAR-da albaniyalı Albert Doda əyləşəcəklər.
Qeyd edək ki, qarşılaşma avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab matçı avqustun 27-də baş tutacaq.
15:20 14.08.2026
Oxunuş sayı: 45