Peru Bakıda səfirliyin fəaliyyətini bərpa edə bilər
Peru Bakıda səfirliyinin fəaliyyətini bərpa etməyi Azərbaycanla münasibətlərin inkişafı baxımından mühüm addım hesab edir.
Crossmedia.az xəbər verir ki, “La Razón” bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, Azərbaycanın Qafqazda strateji mövqeyi, həmçinin mühüm enerji və ticarət mərkəzi olması iki ölkə arasındakı əlaqələrin inkişafında əhəmiyyətli rol oynaya bilər.
Müəllif hesab edir ki, münasibətlərin dərinləşdirilməsi yalnız diplomatik deyil, iqtisadi baxımdan da əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycanın Peruda investisiya yatırımları ilə bağlı son açıqlamalara diqqət çəkilir.
11:19 14.08.2026
Oxunuş sayı: 49