Yanğın törədən 5 ŞƏXS ÜZƏ ÇIXDI
Ağsu, Cəlilabad, Sabirabad və Saatlı rayonlarında yanğınlara səbəb olan 5 nəfər polis əməkdaşları tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunub.
Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bu barədə məlumat yayıb.
Araşdırmalar zamanı yanğınların həmin rayonların sakinləri H.Məmmədov, F.Fərəcov, M.Əzizov, S.Şahəliyev və R.Mecdinov tərəfindən törədildiyi müəyyən edilib.
Yanğınlar nəticəsində ümumilikdə 2 hektara yaxın ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
10:24 14.08.2026
Oxunuş sayı: 44