Aqil Abbasdan şok açıqlama: Qurban Qurbanov istefa versin deyirlər
“Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə cavab görüşünə hazırlaşır. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan əvvəl keçirilən mətbuat konfransında komandanın hazırlığı, ilk oyundakı 0:1 hesablı məğlubiyyət və futbolçuların son qarşılaşmalarda qol vura bilməməsi ilə bağlı sualları cavablandırıb. O, ilk görüşdəki fərdi səhvlərin aradan qaldırılmasının və cavab matçında daha inamlı oyunun vacibliyini vurğulayıb.
Qurban Qurbanov komandanın üç oyundur qol vura bilməməsinə də münasibət bildirərək bunun futbolda baş verə bilən hal olduğunu deyib. Baş məşqçi “Dinamo” ilə ilk oyundakı səhvlərin səbəblərindən danışıb, futbolçuların tam hazır olmaması və zədələrin də komandaya təsir etdiyini qeyd edib. O, bütün bunlara baxmayaraq, “Qarabağ”ın cavab görüşündə yaxşı nəticə qazanmağa çalışacağını bildirib.

Milli Məclisin deputatı Aqil Abbas Crossmedia.az-a açıqlamasında “Qarabağ”ın son nəticələrinə görə komandanın və baş məşqçi Qurban Qurbanovun tənqid olunmasını düzgün hesab etmədiyini bildirib:
“"Qarabağ" Qarabağdır. Komanda yenidən formalaşır. Hər şeyə görə komandanı tənqid etmək, söymək olmaz. “Qurban Qurbanov istefa versin” deyirlər. Bəs onun yerinə kim gələcək? Qurban Qurbanov bu komandanı formalaşdırıb, böyük uğurlar qazandırıb. "Qarabağ"ı bütün dünyada, bütün Avropada tanıdıb. İndi komanda yenidən formalaşır və inanıram ki, yaxşı olacaq”.
Nigar Xəlilli
19:30 13.08.2026
Oxunuş sayı: 46