Azərbaycan paracüdoçuları Avropa çempionatında iştirak edəcəklər
Paracüdo üzrə Azərbaycan millisi avqustun 14-16-sı aralığında Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında çıxış edəcək.
Bu barədə Crossmedia.az-a Milli Paralimpiya Komitəsindən məlumar verilib.
Yarışda kişi idmançılardan İlham Zəkiyev (J1, +95 kq), Saleh Sultanov (J1, 81 kq), İsmayıl Muradov (J1, 70 kq) və Hüseyn İsmayılzadə (J2, 70 kq), qadınlardan isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) mübarizə aparacaqlar.
Paracüdoçulara yarışda baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimov rəhbərlik edəcəklər.
17:12 13.08.2026
Oxunuş sayı: 43