Samuxda kütləvi zəhərlənmə: Araşdırma başladı
Samux rayonunda qidadan olduğu ehtimal edilən kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, rayonun Alıuşağı kəndindən 5 nəfər Gəncə Abbas Səhhət adına Birləşmiş Xəstəxananın infeksion xəstəliklər şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, həmin şəxslərin ət məhsulundan zəhərləndiyi ehtimal olunur. Zərərçəkənlərin Kəlbəcər, Daşkəsən və Gəncə şəhər sakinləri olduğu bildirilir.
Zəhərləndiyi iddia edilən Seymur Əliyev (1984), Elçin Cabbarov (1986), Mehriban Orucova, (1975), Azər Allahverdiyev (1980), Məlahət Allahverdiyeva (1976) xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma başlanılıb.(Report)
09:38 13.08.2026
Oxunuş sayı: 52