"Sabah" ABŞ-dən olan basketbolçu Frenki Fidlerin transferini açıqlayıb
"Sabah" basketbol klubu ABŞ-dən olan oyunçu Frenki Fidleri heyətinə qatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
23 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, 2025-ci ildə isə peşəkar basketbola keçid edən Fidler Latviyanın "Rīqas Zelli" komandası ilə Avropada ilk mövsümünü keçirib.
19:05 12.08.2026
Oxunuş sayı: 45