Siyəzəndə faciə: Yol işçisi iki yük maşınının arasında qaldı
Bakı–Quba avtomobil yolunun Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, qəza zamanı “Shacman” markalı yük avtomobili ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “Mitsubishi” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində iş başında olan 1981-ci il təvəllüdlü Nəsib Tahirov iki avtomobilin arasında qalıb. O, aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
09:57 12.08.2026
Oxunuş sayı: 57