Bakıda sürücü “park edirəm” deyib YOL KƏSDİ - TƏDBİR GÖRÜLDÜ
Xəbər verdiyimiz kimi, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsində “Toyota” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozub.
Crossmedia.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, qayda pozan sürücü müəyyən edilib.
Qeyd olunub ki, sürücü barəsində qanunamüvafiq tədbir görülüb.
10:45
Paytaxtda avtomobil sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Crossmedia.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində, Əli Kərim küçəsində baş verib.
Belə ki, 10-CP-050 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsü əks istiqamətdə hərəkət edərək avtomobilini hərəkət zolağının üzərində park etməyə cəhd göstərib.
Bu zaman həmin istiqamətdə hərəkətdə olan motosikletin qarşısını kəsən sürücü onun hərəkətinə mane olub. Motosiklet sürücüsü qayda pozuntusunun səbəbini soruşduqda isə avtomobil sürücüsü nəqliyyat vasitəsini onun üzərinə sürərək “park edirəm” deyib.
Məhəbbət Tərlanoğlu
14:06 11.08.2026
Oxunuş sayı: 136