Bakı Neft Terminalında güclü yanğın söndürülüb - YENİLƏNİB
Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində baş vermiş yanğın söndürülüb.
Bu barədə Crossmedia.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən tədbirlər sayəsində yanğının geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
17:40
09.08.2026-cı il tarixində saat 15:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, Bakı Neft Terminalı ərazisindən çağırış qeydə alınıb.
Bu barədə Crossmedia.az-ın TƏBİB-ə sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili yardıma ehtiyac yaranmayıb, müraciət olmayıb.
16:32
Paytaxtın Xətai rayonunda baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Crossmedia.az xəbər verir ki, hadisə yerində yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülüb.
19:09 09.08.2026
Oxunuş sayı: 103