Çempionlar Liqası: "Orxus" "Sabah"a qalib gəlib - YENİLƏNİB
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkada "Orxus" və “Sabah” komandaları arasında ilk oyun başa çatıb.
Crossmedia.az xəbər verir ki, "Randers" stadionunda keçirilən qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Orxus"un qollarını Ceyms Boqere vurub. Azərbaycan təmsilçisinin yeganə qoluna isə Velko Simiç imza atıb.
Komandalar arasında cavab matçı avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq.
22:39
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkada "Orxus" və “Sabah” komandaları arasında ikinci hissə başlayıb.
Crossmedia.az xəbər verir ki, "Randers" stadionunda keçirilən qarşılaşmanın ilk yarısından sonra rəqib 1:0 hesabı ilə qalib gəlir.
Qolu 31-ci dəqiqədə Ceyms Boqere vurub.
Görüşü sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edir.
Komandalar arasında cavab matçı avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq.
21:13
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" matçı başlayıb.
Crossmedia.az xəbər verir ki, qarşılaşma Ranners stadionunda keçirilir.
Görüşü sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.
23:13 05.08.2026
Oxunuş sayı: 161