16 yaşlı gənc qida zəhərlənməsindən ölüb - ARAŞDIRMA BAŞLADILDI
Yevlaxda 16 yaşlı gəncin qida zəhərlənməsi şübhəsi ilə ölüm qeydə alınıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyidən(TƏBİB) Crossmedia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Briqadanın həkiməqədər yardımı zamanı 1 nəfərin – qadının ölüm faktı qeydə alınıb. Hadisənin digər detalları ilə bağlı məlumat verilməyib.
12:05
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yevlaxda 16 yaşlı gəncin qida zəhərlənməsi şübhəsi ilə öldüyü ehtimal edilən hadisəni nəzarətə götürüb.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq AQTA-dan bildirilib.
Qeyd olunub ki, hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AQTA mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb:
"Yevlaxda baş verən hadisə nəzarətdədir. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".
12:46 30.07.2026
Oxunuş sayı: 127