"Sabah" Finlandiyada "KuPS" ilə cavab oyununa çıxacaq
"Sabah" komandası UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün Finlandiyada "KuPS" ilə qarşılaşacaq.
Crossmedia.az xəbər verir ki, bu raundun cavab matçı Bakı vaxtı ilə saat 19:00-da Kuopio şəhər Mərkəzi Stadionunda start götürəcək.
Oyunu İsraildən olan FIFA referisi Qal Leyboviç idarə edəcək.
Xatırladaq ki, komandalar arasında ötən həftə Bakıda baş tutan ilk görüşdə Azərbaycan çempionu rəqibini 1:0 hesabı ilə məğlub edib.
09:27 28.07.2026
Oxunuş sayı: 64