Bakıda güclü külək səbəbindən 5 nəfər təcili yardıma müraciət edib - YENİLƏNİB
Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisə nəticəsində daha bir nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, küləkli hava ilə bağlı baş vermiş hadisə nəticəsində 10.07.2021-ci il təvəllüdlü uşaq Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Aparılan müayinələr nəticəsində pasiyentə sağ əlin ikinci barmağının əzilmiş cırılmış yarası diaqnozu qoyulub. Xəstəyə rentgen müayinısi edilib, azeptik sarğı və qips langet qoyulub.
Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Ona ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.
18:09
Əlverişsiz hava şəraiti ilə əlaqədar 27 iyul tarixində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə 4 çağırış qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
"Çağırış ünvanlarına təcili tibbi yardım briqadası cəlb olunub. Güclü külək nəticəsində 4 nəfər (2 kişi, 2 qadın) xəsarət alıb.
Onlardan 2 nəfər (1 qadın, 1 kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 1 nəfərin (kişi) müalicəsi KTM-in Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. 1 nəfərə isə (qadın) zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. 2 nəfər isə Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi-Tədqqiat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub", məlumatda deyilıir.
18:35 27.07.2026
Oxunuş sayı: 60