"Turan" yaponiyalı voleybolçu Minami Yoşiokanı heyətinə qatıb
"Turan" yaponiyalı voleybolçu Minami Yoşiokanı transfer edib.
Crossmedia.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.
Libero mövqeyində çıxış edən voleybolçu ilə 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Təcrübəli voleybolçu 2025/2026 mövsümündə Almaniya təmsilçisi "Potsdam"ın formasını geyinib.
18:04 27.07.2026
Oxunuş sayı: 47