Orxan Həbibli Bakıda keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatında ikinci qələbəsini qazanıb.
Crossmedia.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda rumıniyalı Qabriel Lunqunu 18:9 hesabı ilə məğlub edib.
O.Həbibli daha əvvəl, təsnifat mərhələsində çexiyalı Qaspar Sançezi 8:0 hesabı ilə üstələmişdi.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
12:48 27.07.2026
Oxunuş sayı: 44