İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib
Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.
Crossmedia.az-ın məlumatına görə, 80 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində xorvatiyalı Toma Yelençi 6:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
12:21 27.07.2026
Oxunuş sayı: 51