Ermənistanın gənc yunan-Roma güləşi millisi Bakıya gəlib
Ermənistanın 17 yaşadək yunan-Roma güləşi üzrə milli komandası dünya çempionatında iştirak etmək üçün Bakıya gəlib.
Crossmedia.az xəbər verir ki, "Sputnik Ermənistan" bu barədə məlumat yayıb.
Bildirilib ki, Ermənistan yığması Bakıda keçiriləcək U-17 dünya çempionatında mübarizə aparacaq.
Yarışın təşkilati detalları və komandanın heyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.
09:07 27.07.2026
Oxunuş sayı: 71