Netanyahu ABŞ-yə gedir: Türkiyənin regiondakı təsir imkanlarını zəiflətmək üçün…- MÜSAHİBƏ
İsrailin Baş naziri Benyamin Natananyahu iyulun 27-si ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfər edəcək.
Məlumata görə, Natananyahu iyulun 28-də Ağ Evdə Trampla görüşəcək.
Qeyd edək ki, daha əvvəl Benyamin Natananyahunun ABŞ-yə səfərinin iyulun sonuna təxirə salındığı bildirilmişdi. Buna səbəb İsrail hökumət başçısının iştirak etməli olduğu amerikalı senator Lindsi Qremə həsr edilən anım mərasiminin də ayın sonuna keçirilməsidir.
Türkiyəli politoloq Coşkun Soysal səfərdən gözləntilər barədə Crossmedia.az-ın suallarını cavablandırıb:

- İsrail baş naziri Benyamin Netanyahunun ABŞ-yə səfərindən gözləntiləriniz nələrdir?
- ABŞ siyasi tarixində bir çox siyasi cinayət İsraillə əlaqələndirilir. Ağ Ev rəhbəri Donald Trampa qarşı sui – qəsd cəhdinin arxasında da İsrail lobbisinin olduğu bildirilir. Tramp hakimiyyətinin birinci dövründə İsraili Qəzzada atəşkəsə məcbur etsə də, sonradan bu, pozuldu. İndi isə İranla bağlı tərəflər arasında fikir ayrılığı var. İranla bağlı istənilən nəticənin əldə olunmaması ziddiyyəti artırır. Bu gərginliyin aradan qalxması üçün ortaq maraqlara ehtiyac var.
- Səfər sözügedən problemləri həll edə bilər?
- Fikir ayrılıqları çox dərindir. Bir səfər bunun üçün kifayət etməyə bilər. ABŞ-də daxili savaş hökm sürür: İsrail tərəfdarları ilə onu istəməyənlər qarşı- qarşıyadır. Həmçinim Demokratlar və Respublikaçılar arasında da ziddiyyət var. Eyni xamanda Çinlə münasibətləri də nəzərə almaq lazımdır. Düşünürəm ki, problemlər asanlıqla həllini tapmayacaq.
- Bu səfər Yaxın Şərqdəki prosesdə nələri dəyişəcək?
- İsrailin BƏƏ ilə yaxınlaşması və Səudiyyə Ərəbistanının BƏƏ ilə əvvəlki qədər yaxın olmaması yeni reallıq yaradır. ABŞ bölgədə sabitlik axtarırır. İsrail isə, əksinə, qeyri – müəyyənlikdə maraqlıdır. Regionda sabitlik, mərkəzi hakimiyyət rəsmi Təl- Əviviə sərf etmir. Bunu özləri də deyib. Ona görə tərəflərin regional maraqlarında ciddi ziddiyyət var.
- Bu ilin oktyabrında İsraildə baş nazir seçkiləri keçiriləcək. Belə bir ərəfədə Netanyahu ABŞ-dən siyasi dəstək istəyə bilər?
- Əlbəttə, o, siyasi dəstək axtarır. Ümumiyyətlə, Netanyahu indiyə qədər ABŞ-nin siyasi dəstəyini “kozır” olaraq istifadə edib. İndi də bunu etməyə çalışacaq. Çünki əslində “kart” azdır. O, Trampla münasibətlərini bərpa etmək üçün Vaşinqtondan yaxşı nəticələrlə qayıtmağa məcburdur.
- Türkiyə ilə bağlı nələr müzakirə oluna bilər?
- Münasibətlərin mövcud durumu məlumdur. İsrail Türkiyənin almaq istədiyi F- 35 qırıcılarının tədarükünə mane ola bilər. İsraal rəsmi Ankaranın ona qarşı üstünlük qazanmasının qarşısını almaq üçün ABŞ siyastinə təsir edəcək. Son beş – altı ildir İsrail üçün İrandan sonra növbəti təhdid obyekti kimi Türkiyənin adı çəkilir. Bu, Ankara baxımından ciddi təhdiddir. İsrail isə bu təhdid rəyini ABŞ-yə də transfer etməyə çalışır. Amma Ankarada keçirilən son NATO zirvəsi göstərdi ki, bu, rəsmi Təl- Əviv üçün o qədər də asan olmayacaq.
- Bəs görüş Cənubi Qafqaz baxımından nələrlə yadda qala bilər?
- Regionda dinamika davam edir. Türkiyə baş verənlərdən məmnundur. Çünki Ermənistan əvvəlki maksimalist tələblərindən imtina edir, Zəngəzur dəhlizinin açılması müzakirə olunur. ABŞ də prosesdən məmnundur. Rusiya təcrid olunub. Rusiyanı yenidən oyuna daxil etmək Ermənistan üçün faydasızdır. Çünki müharibə dövründə Ermənistana dəstək göstərilmədi. Həmçinin Rusiyanın başı indi Ukrayna ilə müharibəyə qarışıb. Yəni siyasi konyuktura ABŞ və Türkiyənin Cənubi Qafqazda daha fəal olmasına şərait yaradır. İsrailin Azərbaycanla yaxşı münasibətləri var. Ona görə rəsmi Bakının maraqlarına zidd addım atılmaz. Amma Türkiyənin regiondakı imkanlarını zəiflətmək üçün həm İsrail, həm də Rusiya təxribat edə bilər.
18:30 25.07.2026
Oxunuş sayı: 105