15 yaşlı oğlan anasının avtomobili ilə qəza törətdi
Hacıqabulda 15 yaşlı yeniyetmə anasına məxsus avtomobili icazəsiz idarə edərkən qəza törədib.
Crossmedia.az xəbər verir ki, hadisə səhər saatlarında baş verib.
Məlumata görə, 2011-ci il təvəllüdlü Ə.İ. anasına məxsus "Changan" markalı avtomobili icazəsiz idarə edərkən şəhər ərazisində hasara çırpılıb.
Qəza nəticəsində xəsarət alan yeniyetmə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(APA)
10:39 24.07.2026
Oxunuş sayı: 37