Mərdəkanda dənizdə batan gəncin axtarışları davam edir
Mərdəkanda dənizdə batan 22 yaşlı gəncin axtarışları davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 15 iyul 2026-cı il tarixində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2004-cü il təvəllüdlü Qarayev Elgün Elçin oğlunun axtarışları davam etdirilir.
Hazırda axtarışlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.
16:46 23.07.2026
Oxunuş sayı: 22