Naxçıvan TV sədr müavini vəzifəsindən azad edilib
İlhamə Novruzova “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini vəzifəsindən azad edilib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, İlhamə Tofiq qızı Novruzova “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini vəzifəsindən azad olunub.
Qeyd edək ki, İlhamə Novruzova 2023-cü ilin noyabrında sözügedən QSC-nin sədr müavini vəzifəsinə təyin edilmişdi.
15:47 23.07.2026
Oxunuş sayı: 25