Lexus ağaca çırpıldı, sürücü xəsarət aldı
Bu gün səhər saatlarında İsmayıllıda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, hadisə saat 07 radələrində baş verib.
Belə ki, "Lexus" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü, 56 yaşlı İlham Məmmədov müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Məhəbbət Tərlanoğlu
10:00 20.07.2026
Oxunuş sayı: 75