Xatirə İslam qaydaları pozdu: Skuter macərası baha başa gələ bilər - VİDEO
Məşhur müğənni Xatirə İslam və həyat yoldaşı yol hərəkəti qaydalarını ciddi şəkildə pozub.
Crossmedia.az xəbər verir ki, müğənninin sosial şəbəkə hesablarında bununla bağlı video paylaşılıb.
Videoda iki nəfərin bir elektrikli skuterə minərək yolda hərəkət etdiyi görünür. Xatirə İslam skuterdə tərs istiqamətdə dayanaraq həyat yoldaşına sarılıb. Kadrlardan aydın görünür ki, onların hər ikisi həm özlərini, həm də ətrafdakı insanları təhlükəyə atıblar.
Qeyd edək ki, elektrikli skuterdə sərnişin (ikinci şəxs) daşımaq inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 338.4-1-ci maddəsinə əsasən, bu qaydanın pozulmasına görə 40 manat məbləğində cərimə tətbiq edilir.
Həmçinin Xatirə İslam cəmiyyətdə sevilən müğənni olduğundan bir çox insanlar üçün örnək sayılır. Lakin o, bu hərəkəti ilə yol hərəkəti qaydalarının pozulmasına nümunə olub.
Xatırladaq ki, sözügedən video sosial şəbəkələrdə geniş yayılıb.
Məhəbbət Tərlanoğlu
16:08 19.07.2026
Oxunuş sayı: 589