Vüqar Həşimovun qardaşı Avropa Şahmat İttifaqının vitse-prezidenti seçilib
Rumıniyada Avropa Şahmat İttifaqının rəhbər vəzifələrinə seçkilər keçirilib.
Crossmedia.az xəbər verir ki, təşkilatın hazırkı rəhbəri Zurab Azmayparaşvili səs çoxluğu ilə növbəti 4 il müddətinə Avropa Şahmat İttifaqına prezident seçilib.
Ardınca vitse-prezident vəzifəsinə seçkilər olub. Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov 34 səs toplayaraq təşkilatda vitse-prezident vəzifəsinə seçilib. Ümumilikdə qurumda 3 vitse-prezident çalışacaq.
Seçkilərdə qonaq qismində Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da iştirak edib.
Qeyd edək ki, Sərxan Həşimov mərhum şahmatçı Vüqar Həşimovun qardaşıdır.
17:07 18.07.2026
Oxunuş sayı: 56