Bakıda zəncirvari qəza baş verib - YENİLƏNİB
Bakıda 4 maşının iştirakı ilə zəncirvari qəza olub.
Hadisə ilə bağlı Crossmedia.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Elvin Hacıyev bildirib ki, hadisə dünən saat 19:20 radələrində baş verib:
""BMW" markalı 77-OG-734, "HYUNDAİ" markalı 10-UT-694, KİA markalı və "TOYOTA"markalı 77-TL-819 qeydiyyat nişanlı avtomobillər zənzirvari qəza edib. Hadisə Bakı-Qazax yolunun 9-cu km-liyində baş verib".
DYP rəsmisi qeyd edib ki, qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
17.07.2026/20:40
Bakıda zəncirvari qəza olub.
Crossmedia.az-a daxil olan məlumata görə, hadisə bu gün saat 19:00 radələrində Bakı dairəvi Avtomobil yolunda baş verib.
Qəza nəticəsində bir neçə maşın zədələnib, yolda tıxac yaranıb.
Ölən və xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur.
Məhəbbət Tərlanoğlu
09:43 18.07.2026
Oxunuş sayı: 2989