Azərbaycan və Qazaxıstan Transxəzər marşrutunun inkişafı üzrə planları təsdiqləyib
Azərbaycan və Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı və onun ötürmə qabiliyyətinin artırılması istiqamətində əməkdaşlığı genişləndirmək niyyətindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə Qazaxıstanın diplomatik nümayəndəliyi məlumat yayıb.
Qazaxıstanın Azərbaycandakı səfiri Əlim Bayel və AZCON-un rəhbəri Şahin Babayev nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişafını müzakirə ediblər.
Görüş zamanı Bakı Limanının baş planının yenilənməsindən sonra Ələt limanında birgə intermodal terminalın tikintisi ilə bağlı planlar təsdiqlənib.
Tərəflər gəmiqayırma və lokomotiv istehsalı sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Bildirilib ki, Qazaxıstan artıq Bakı Gəmiqayırma Zavodundan iki quru yük gəmisinin tikintisini sifariş edib. Azərbaycan isə Qazaxıstan istehsalı olan lokomotivlərin alınması imkanını nəzərdən keçirir.
18:31 17.07.2026
Oxunuş sayı: 63