Bakıda açıq ərazidə yanğın baş verib
Bakı şəhəri, Suraxanı rayonu, Köhnə Günəşli qəsəbəsində açıq ərazidə baş vermiş yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alovun genişlənərək daha böyük əraziyə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
20:52 16.07.2026
Oxunuş sayı: 58