Bakıda beş küçədə hərəkət qismən və ya tam məhdudlaşdırılacaq
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə aşağıdakı küçələrdə təmir işlərinə başlanılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, 16 iyul tarixindən Nəsimi rayonunun Ağadadaş Qurbanov küçəsi, Yasamal rayonunun Şeyx Məhəmməd Xiyabani küçəsi, Nizami rayonunun Əliağa Kürçaylı küçəsi və 17 iyul tarixindən Nizami rayonunun C. Naxçıvanski küçəsi (8-ci km bazarının sağ və sol tərəfi), Yasamal rayonunun Ayna Sultanova küçəsində təmir işləri aparılan müddətdə işlərin gedişatına uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq.
Qeyd olunub ki, sürücülərə aparılan işlərə anlayışla yanaşmaq, səfərlərini əvvəlcədən planlaşdırmaq və hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmək tövsiyə olunur.
22:56 15.07.2026
Oxunuş sayı: 64