Temudan ucuz məhsul sifariş dövrü bitir- Şirkətə qarşı iş açıldı
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Temu elektron ticarət platformasının sahibi olan PDD Holdings şirkəti barəsində rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə agentliyin məlumatına görə, şirkətin Temu platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti tətbiq etdiyi və hökmran mövqeyindən sui-istifadə etdiyi ehtimal olunur.
Bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır və nəticələrə uyğun olaraq qanunvericiliyə əsasən müvafiq tədbirlər görüləcək.
20:13 15.07.2026
Oxunuş sayı: 55