Samuxda kütləvi zəhərlənmə olub - RƏSMİ AÇIQLAMA
Samuxun Alıuşağı kəndində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Bu barədə TƏBİB Crossmedia.az-ın sorğusuna cavab olaraq bildirib ki, 15-dən artıq şəxsin qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Saat 15:30 radələrindən etibarən 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir.
Məhəbbət Tərlanoğlu
17:41 15.07.2026
Oxunuş sayı: 49