Çempionlar Liqası: TNS və "Sabah" komandalarının start heyətləri açıqlanıb
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Ozuestri şəhərində üz-üzə gələcək Uelsin TNS və "Sabah" komandalarının start heyətləri açıqlanıb.
Crossmedia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:30-da “Park Hall” stadionunda keçiriləcək görüşdə komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
TNS: 1. Natan Şepperd, 4. Dominik Korness, 6. Cek Bodenhem, 10. Deniel Redmond, 14. Cordan Uilyams, 15. Eoin Farrell, 16. Daynel Simeu, 17. Cordan Uilyams, 19, 8. Brobbel, 20. Ris Hyuz, 21. Leo Smit
Baş məşqçi: Kreyq Harrison
“Sabah”: 92. Stas Pokatilov, 33. Erivaldo Almeyda, 5. Rəhman Daşdəmirov, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 13. İvan Lepinitsa, 19. Aaron Maluda, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka.
Baş məşqçi: Valdas Dambrauskas
Qeyd edək ki, ilk görüşdə "Sabah" 2:0 hesablı qələbə qazanıb.
20:37 14.07.2026
Oxunuş sayı: 60