Gəncədə növbəti kütləvi zəhərlənmə qeydə alınıb
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, Abbas Səhət adına Gəncə Birləşmiş Yoluxucu Xəstəliklər şöbəsinə 6 nəfər yerləşdirilib.
Zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə yerləşdirilən şəxslər Tapdıq Həsənli (1999), Leyla Hüseynova (1951), Ramil Məmmədov (1982) və Ülviyyə Hacıyevadır (1974).
Bundan başqa, daha iki azyaşlının zəhərləndiyi bildirilir. Azyaşlılar Gəncə Birləşmiş Uşaq Xəstəxanasına aparılıb.
İlkin məlumata görə, həmin şəxslər yas mərasimində qidadan zəhərləniblər. Faktla bağlı araşdırma başlanılıb. (REPORT)
19:38 14.07.2026
Oxunuş sayı: 45