Azərbaycan Prezidenti: Slovakiya ilə gündəliyimiz genişdir
Azərbaycan-Slovakiya arasında əlaqələrin inkişafı uğurla gedir.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında deyib.
"Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır. Keçən ilin sonunda Slovakiyaya rəsmi səfərimi xatırlayıram. Əlaqələrin dinamik inkişafı hər iki tərəfin niyyətini göstərir. Bu gün biz bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, gündəliyimiz genişdir. Nümayəndə heyətlərinin tərkibinə baxmaq kifayətdir ki, hansı istiqamətlər üzrə fəal iş və dialoq aparılır."
10:56 14.07.2026
Oxunuş sayı: 47