Xaçmazda elektrik dirəyindən yıxılan kişi ölüb
Xaçmaz rayonunda elektrik dirəyindən yıxılan kişi həyatını itirib.
Crossmedia.az-ın Şimal bürosunun məlumatına görə, hadisə rayonun Qoçaqlı kəndində qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Əbilfərz Balakişiyev elektrik dayağına naqil quraşdıran zaman hündürlükdən yıxılıb və hadisə yerində keçinib.
Əbilfərz Balakişiyevin dəqiq ölüm səbəbi məhkəmə-tibbi ekspertiza tərəfindən müəyyən ediləcək.
Faktla bağlı araşdırma aparılır.
16:26 12.07.2026
Oxunuş sayı: 53