Tovuzda fərdi yaşayış evi yanıb, iki nəfər xəsarət alıb
Tovuzda yanğın hadisəsi baş verib, xəsarət alanlar var.
Crossmedia.az, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakininə məxsus fərdi yaşayış evində qəfil yanğın başlayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
İlkin məlumata görə, yanğın zamanı iki nəfər xəsarət alıb.
Hadisə yerinə polis və aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
23:30 11.07.2026
Oxunuş sayı: 55